Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır

Aprel müharibəsində məğlub olan generallar geri çağırılır
###reklam250###

Paşinyan 2016-cı ilin aprel müharibəsində məğlubiyyətə görə azad edilmiş generalları orduya qaytarır.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.Nəşr xatırladır ki, 2016-cı ilin hərbi əməliyyatlarından dərhal sonra – aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə o zaman Ermənistan Silahlı Qüvvələrinin rabitə, rabitə qoşunları və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi vəzifəsini tutan general-mayor Komitas Muradyan vəzifəsindən azad edilmişdi. Lakin indi o, yenidən Ermənistan Müdafiə Nazirliyi sisteminə qayıdıb.

##relatedPost2##

“Maraqlıdır ki, Serj Sarkisyanın aprel müharibəsindən sonra vəzifələrindən azad etdiyi iki general yeni hakimiyyət dövründə geri qayıdıb. Bunlardan birincisi Ermənistan SQ-nin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan idi ki, hazırda o, Nikol Paşinyanın müşaviridir.

İndi də Komitas Muradyan. 2016-cı ilin aprelindən sonra qalmaqalla azad edilənlərdən, deyəsən, yalnız müdafiə nazirinin keçmiş müavini – maddi-texniki təminat departamentinin rəisi Alik Mirzəbekyan qalıb ki, onun da qayıtması mümkün hesab edilir. Aprel hadisələrinin araşdırılması üzrə istintaq komissiyasının yaradılması fonunda bu təyinatlar çox diqqətəlayiqdir”, – erməni nəşri yazır.

pia.az