Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib
###reklam250###

Rusiya, Azərbaycan və İran arasında dəmir yolu xəttinin birləşdirilməsi layihəsi həyata keçiriləcək.

“Report” “Moskva-Baku”ya istinadən xəbər verir ki, bu barədə Rusiya ilə İranın iqtisadi və ticari əməkdaşlığına dair hökumətlərarası komissiyasının İsfahanda keçirilən 15-ci iclasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, bu məsələyə dair üç ölkə arasında görüşün gözlənildiyini qeyd edib.

Rusiya ilə İran şirkətlərinin Xəzərdəki neft-qaz yataqlarının birgə istismarına dair bəzi təkliflərinin olduğunu qeyd edən nazir məsələnin hələlik müzakirə mərhələsində olduğunu qeyd edib.

##relatedPost2##

Rusiya ilə İran arasında kənd məhsullarının dəniz yolu ilə daşınmasına başlamağın nəzərdə tutulduğunu qeyd edən rusiyalı nazir bu ilin 21 mart - 20 aprel dövründə İrandan Rusiyaya ixracatın ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz, Rusiyanın bu ölkəyə ixracatının isə 62 faiz azaldığını diqqətə çatdırıb.

pia.az