Nazir məktəb direktorunu işdən azad etdi

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub
###reklam250###

Məktəb direktorunun işdən azad olunmasına vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyi səbəb olub.

Belə ki, direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrində müəllimlərin məcburi şəkildə iştirak etmələri təmin olunub.

Bununla yanaşı məktəbdən dəfələrlə şəhər hüquq mühafizə orqanlarına, o cümlədən şəhər təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.(yebi sabah)

pia.az