Dünyada internet istifadəçilərinin sayı 3,8 milyardı keçib

Ötən il dünyada internet istifadəçilərinin sayı 3,8 milyardı keçib
###reklam250###

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu da dünya əhalisinin yarıdan çoxunu təşkil edir.

İnternet istifadəçilərinin 53%-i Asiya-Sakit Okean, 15%-i Avropa, 13%-i Afrika və Orta Şərq, 10%-i Latın Amerika, 9%-i Şimali Amerika, 21%-i Çin, 12%-i Hindistan və ABŞ-ın payına düşüb.

İnternetdən istifadə edən dünya əhalisinin göstəricisi 2009-cu ildə 24 faiz idisə, keçən il bu rəqəm 51 faizədək artıb.

Bununla yanaşı, sosial şəbəkələrdən istifadə hallarında azalma müşahidə olunur.

pia.az