Hindistanda 83 uşaq ensefalitdən öldü

Hindistanda onlarla uşaq kəskin ensefalitdən ölüb
###reklam250###

Bu barədə "Times of İndia" məlumat yayıb.

Məlumata görə, Bihar ştatında 83 uşaq xəstəliyin qurbanı olub. Qeyd edilir ki, xəstəlik Müzəffərpur dairəsində tüğyan edir.

Ölənlərin əksəriyyəti 1-10 yaşlı uşaqlardır. İlkin məlumata görə, xəstəliyin yayılmasına güclü isti və rütubət səbəb olub.

Hazırda daha 108 uşaq xəstəxanalarda müalicə edilir.

Qeyd edək ki, ensefalit baş-beyin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beynə keçməsi nəticəsində yaranan infeksion xəstəlikdir. Ensefalit xüsusi törədicilərin bilavasitə beyin toxumasına keçməsindən, bəzi yoluxucu xəstəliklərdən kəskin və qida zəhərlənmələrindən törəyir.

pia.az