Serbiya ordusu Kosovaya hücuma hazırdır

Bunu Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç bildirib
###reklam250###

Beynəlxalq ictimaiyyət Kosovada yaşayan serbləri qorumasa, Serbiya oraya qoşun yeridəcək.

Pia.az oxu.az-a istinadən xəbər verir ki, bunu Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç "İzvestiya" nəşrinə müsahibəsində bildirib.

"Serblərə qarşı qırğın törədilsə, onlar hücumlara məruz qalsalar, beynəlxalq ictimaiyyət isə buna biganə qalsa, Belqrad reaksiya göstərməyə məcbur olacaq. Serbiya buna hazırdır", - İ.Daçiç bildirib.

Qeyd edək ki, Kosovo-alban xüsusi təyinatlılarının azı 13 serbi həbs etməsindən sonra mayın 28-də Kosovoda yaşayan etnik serblərlə polis əməkdaşları arasında toqquşmalar yaşanıb.

Serblər küçələrə axışaraq yollarda barrikadalar qurub. Asayiş keşikçilərinin onlara qarşı odlu silahlardan istifadə etdiyi bildirilir. Hər iki tərəfdə yaralananlar olub.

pia.az