Bakıda məhbus özünü ülgüclə öldürmək istədi

Məhbus bu yolla işgəncələrə etiraz edib
###reklam250###

13 saylı Cəzaçəkmə Müəssisəsində məhbus Mikayıl Dəmirli işgəncələrə etiraz edərək damarlarını ülgüclə kəsib.

Virtualaz.org bildirir ki, bu barədə məhbusun qohumları sosial şəbəkələrdə yazırlar.

Onların yazdıqlarına görə, Mikayıl Dəmirlidən əvvəlcə pul tələb ediblər, sonra isə vəhşicəsinə döyüblər. Qohumları iddia edirlər ki, döyülmə məsələsinin arxasında müəssisənin rəisi Şahin Həsənov, eləcə də onun Natiq və Cavid adlı müavinləri dururlar.

Məhkumun ağır vəziyyətdə olduğu bildirilir. Cəzaçəkmə müəssisəsinə gələn yaxınlarına onunla görüşməyə icazə verilməyib.

pia.az