Ərdoğan: “Biz nə Ankarada, nə də İstanbulda məğlub olmadıq”

Türkiyə Prezidenti və AKP rəhbəri Rəcəb Tayyib Ərdoğan partiyasının mərkəzində keçirilən iclasda çıxış edib
###reklam250###

PİA.az xəbər verir ki, Türkiyənin yaşadığı bu qədər problemə rəğmən, yenə də möhkəm dayandığını bildirən Ərdoğan indiyə qədər millətə inkişaf, zənginlik, sabitlik və aydın bir gələcək vəd etdiyini və bunu bacardığını qeyd edib.

“Biz nə Ankarada, nə də İstanbulda məğlub olmadıq. Biz hər iki şəhərdə də qalib gəldik”, deyən Ərdoğan ona verilən dəstəyin qarşılığında ölkəsinə xidmət etməli olduğunu da qeyd edib.

Ərdoğan xüsusilə vurğulayıb ki, heç kim onun millət qarşısındakı vəzifələrinə mane ola bilməyəcək.

Fatimə ƏLİYEVApia.az