Tramp "G-20" zirvə toplantısında Rusiya və Çin liderləri ilə görüşəcək

Bu haqda Con Bolton məluat verib
###reklam250###

ABŞ prezidenti Donald Tramp "G-20" zirvə toplantısı zamanı Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tsinpin ilə görüşməyi nəzərdə tutur.

Pia.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

C.Boltonun sözlərinə görə, görüşlərə gəldikdə, ABŞ prezidentinin Si Tsinpinlə və Vladimir Putinlə görüşləri nəzərdə tutulur:

"Bu, vacib məsələlər üzərində potensial, mühüm vaxtda görüşmək imkanı verir".

pia.az