Xorvatiya Bosniya və Herseqovina ilə sərhədi möhkəmləndirir

Buna səbəb miqrantların Bosniyadan Xorvatiyaya üz tutmasıdır
###reklam250###

Xorvatiya ilə Bosniya və Herseqovina arasındakı sərhəddə yerləşən Malevats keçid məntəqəsindəki körpünün üzərində hündür metal sədd qurulub.

Səddin qurulmasına səbəb Avropa İttifaqına üz tutan qeyri-qanuni miqrantların Bosniyadan Xorvatiyaya üz tutmasıdır.

Qeyd edək ki, Avropa İttifaqında sığınacaq axtaranların sayı bu il də artıb. Cari ilin yanvar-aprel ayları arasında sığınacaq üçün 207 min miqrant müraciət edib(azərtac).

pia.az