“Azərbaycan Sənaye Korporasiyası” Müşahidə Şurasının üzvləri təyin edilib

Prezident İlham Əliyev sərəncam imzalayıb
###reklam250###

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin ediliblər:

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi.