Oktay Şirəliyevdən jurnalistə yeni ittiham: "Alkaş" sözünə görə - Video

Yaxın günlərdə anasını itirən jurnalist Teymur Kərimov bu gün məhkəmə qarşısına çıxıb
###reklam250###

Səbəb isə jurnalistin Səhiyyə Naziri Oktay Şirəliyevə alkaş deməsi göstərilib.Səhiyyə Nazirliyi 147.2 maddəsi ilə jurnalisti məhkəməyə verib. Məhkəmə şikayətə baxsa da, iddia ərizəsini geri çəkilib. Teymur Kərimov məhkəmə çıxışında sualları cavablandıran zaman bunları qeyd edib:

"Absurd bir ittiham irəli sürmüşdülər. Mən Oktay Şirəliyevlə oturub yeyib-içməmişəm ki, ona alkaş deyim. Mən sadəcə Azərbaycan mətuabtın oxuduğum "Alkaş nazirin sərgüzəştləri" haqqında danışmışam. Mənim anamı Oktay Şirəliyevin səhiyyəsi öldürdü. Amma ürəkləri soyumaq bilmir ki bilmir. İndi də məni məhkəməyə verirlər. İmkan vermirlər ki, yasımı saxlayım.

Qeyd edək ki,Məhkəmə qarşısına Səhiyyə Nazirliyindən şikayəti olan xeyli sayda insan gəlib, Teymura dəstək oldular.(Yeni Sabah)

pia.az