Qazaxıstanda prezident seçkilərində seçici iştirakı 72,9% təşkil edir

Bazar ertəsi Qazaxıstanda keçirilən prezident seçkilərində yerli vaxtla 18:00-a olan seçici iştirakı 72,9% təşkil edir
###reklam250###

Bunu brifinqdə respublikanın Mərkəzi Seçki Komissiyasının üzvü Baxıt Meldeşov deyib.

***

Qazaxıstanın regionlarının əksəriyyətində növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb.

Bu, sayca ölkədə altıncı seçkidir.

Ölkəyə demək olar ki, 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev martın 20-də özünün prezidentin səlahiyyətlərinə xitam verib. Dövlət başçısı əvvəllər parlament yuxarı palatasının spikeri olmuş Kasım-Jomart Tokayev olub.

Tokayev səlahiyyətlərinin icrasına başladıqdan 3 həftə sonra növbədənkənar seçkilər təyin edib.

Ölkədə yeddi nəfərin, o cümlədən Tokayevin prezidentliyə namizədliyi qeydə alınıb. Onun namizədliyini N.Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası irəli sürüb.

Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səs toplamasa, ikinci tur təyin ediləcək.(Report)

pia.az