Türkiyədə suriyalılara qəribə qadağa qoyuldu

Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində suriyalı qaçqınlara sahilə getmək və dənizdə çimmək qadağan edilib
###reklam250###

Bu barədə Mudanya bələdiyyəsi qərar qəbul edib.

Bələdiyyədən verilən açıqlamada Mudanya xalqının narahat olduğuna görə belə bir qərar verildiyi bildirilib.

CHP-çi bələdiyyə sədri Hayri Türkyılmazın Tvitterdə paylaşdığı xəbərdə “Mudanya bələdiyyə sədri suriyalıların işğal etdiyi sahilləri qurtardı” sözləri sosial istifadəçiləri tərəfindən irqçilik kimi qiymətləndirilib. (Axar.az)

pia.az