Agentlik: "Bu yollarda rəngləmə işləri aparılacaq"

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Novxanı-Pirşağı avtomobil yolunda və Xaçmaz-Xudat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır
###reklam250###

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. (Trend)

pia.az