Meksika polisi ABŞ sərhədində min nəfərlik miqrant karvanını saxlayıb

Bildirilir ki, Tapaçula miqrasiya mərkəzinə 400-dən çox miqrant gətirilib
###reklam250###

Mərkəzi Amerika ölkələrindən ABŞ-a üz tutan təxminən min nəfərlik miqrant karvanı Meksika qüvvələri tərəfindən saxlanılıb.

ONA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qadıınların və uşaqların daha çox olduğu miqrant karvanı Meksikanın Tapaçula şəhərindən 20 km aralıqda sürət şossesində polis və hərbçilər tərəfindən saxlanılıb.

Miqrant kütlələri avtobuslar vasitəsilə miqrasiya mərkəzlərinə daşınıb. Onların bəziləri yolda dayanaraq şosseni tərk etmək istəməyiblər, bir qrupu isə qaçaraq meşədə gizlənib.

pia.az