Fransa bir ildə qaçqınların ölkədən qovulmasına 500 milyon avro xərcləyib

Bu rəqəm Fransa parlamentlərası hesabatda yer alıb
###reklam250###

Qaçqınların ölkədən qovulması 2018-ci ildə Fransa hökumətinə 500 milyon avroya başa gəlib.

“Report”un Fransa bürosu xəbər verir ki, bu rəqəm Fransa parlamentlərası hesabatda yer alıb.

Hesabatda bildirilir ki, sənədsiz miqrantların ölkədən qovulması prosesi öz xoşu ilə tərk edənlərdən 6 dəfə daha artıq xərc tutur. Belə ki, hər bir məcburi qovulan qaçqın üçün dövlət 13 794 avro xərcləyir.

Hesabatda bildirilir ki, ötən il ərzində 33 960 xarici vətəndaş Fransadan zorla çıxarılaraq, gəldikləri ölkəyə geri qaytarılıb. Onların əksəriyyəti Əlcəzair, Albaniya, Rumıniya, Mərakəş və Sudanlı olub. Bundan əlavə 10 676 sənədsiz miqrant isə könüllü surətdə ölkəni tərk edib ki, onlar əsasən Albaniya, Əfqanıstan, Moldova, Serbiya və Makedoniya vətəndaşları olub.

Qeyd edək ki, Fransa Milli Assambleyasının Sığınacaq-İmmiqrasiya-İnteqrasiyası məsələləri ilə məşğul olan deputatlarının hazırladıqları bu hesabat sabah Parlamentin yuxarı palatası olan Senatda təqdim olunacaq.

pia.az