Namiq Qaraçuxurlunun əməliyyatdan sonrakı halı — Video

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyatdan sonra ilk dəfə görüntüsünü izləyiciləri ilə bölüşüb
###reklam250###

PİA.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi yenə əsa ilə gəzməyə başlayıb.

Namiq paylaşımına "Bu dəfə addımlamağı sözün əsl mənasında sizin gözünüzün önündə öyrənirəm" sözlərini yazıb.

Qeyd edək ki, ötən il yıxılıb, ayağı sınmışdı. Müğənninin ayağına dəmirlər yerləşdirilmişdi. Bir neçə həftə əvvəl Namiq əməliyyatla həmin dəmirləri çıxartdırıb.

pia.az