Gəncədə məhkum dəmir parçası ilə özünə xəsarət yetirib

Məhkum xəstəxanaya aparılıb
###reklam250###

ONA-nın yerli bürosunun məlumatına görə, Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında cəza çəkən Ağstafa rayon sakini, 30 yaşlı Tural Fərəcov dəmir parçası ilə özünə xəsarət yetirib. O, xəstəxanaya aparılıb. Tibbi yardımdan zonra vəziyyəti normal qiymətləndirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

pia.az