Trampın Böyük Britaniyada qorunması 31 milyon dollara başa gələcək
“Report” “Daily Express”ə istinadən xəbər verir ki, həmin vəsaitin xeyli hissəsi D.Trampın səfərinə qarşı Londonda hazırlanan geniş etiraz aksiyaları ilə bağlı Bukinqam sarayı ətrafında təhlükəsizlik zolağı yaratmağa sərf olunacaq.
Belə ki, paytaxt küçələrinə 250 minədək etirazçının çıxa biləcəyi gözlənilir. Ən irimiqyaslı nümayişlər də ali qonağın baş nazir Tereza Mey ilə görüşü nəzərdə tutulduğu çərşənbə axşamı gününə təyin olunub.
Prezident Trampın Londonda yalnız şəxsi zirehli avtomobilində, yaxud da prezident helikopterində hərəkət edəcəyi, Kraliça II Elizabet tərəfindən isə Admirallıq binası qarşısındakı Manej meydanında yox, birbaşa kralların iqamətgahı Bukinqam sarayında qarşılanacağı ehtimal edilir.
Həmçinin bu səfərdə ABŞ prezidentini məxfi xidmətin “Hawkeye” elit bölməsinin müşayiət etdiyi qeyd olunur.
pia.az