Feldmarşal Haftarın qərargahı partladıldı

Feldmarşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusunun qərargahında iki güclü partlayış törədilib
###reklam250###

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bu gün iyunun 2-də səhər saatlarında baş vermiş partlayış nəticəsində çoxsaylı yaralıların olduğu bildirilir, ölənlər haqda məlumat yoxdur.

Partlayış Liviyanın şərqindəki Derna şəhərində salınmış hərbi düşərgədə baş verib. İçərisinə partlayıcı qoyulmuş iki avtomobil havaya uçub. Tibb işçiləri və şahidlər bildiriblər ki, azı 18 yaralı var.

Xatırladaq ki, Haftar aprelin 4-də paytaxt Tripoliyə hücuma başlayıb. Hazırda onun ordusu Liviya paytaxtı ətrafında ölkənin bir hissəsinə nəzarət edən milli barışıq hökumətinin qüvvələri döyüşür.

pia.az