Dənizkənarı Milli Parkda intihar

Bu gün axşam saatlarında Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib
###reklam250###

Virtualaz.org-un məlumatına görə, 20-21 yaşlı oğlan özünü dənizə atıb, onun yanında olan dostları da onu xilas etmək üçün dənizə atılıblar. Özünü atan oğlan boğularaq ölüb, ona köməyə cəhd edən digər iki nəfəri isə çıxarmaq mümkün olub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavabında bildirib ki, təcili tibbi yardım xilas edilən iki nəfəri boğulma diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırıb: "Hadisə yerinə çağırış 17:30-da olub".

pia.az