Bu gün Çempionlar Liqasının qalibi bilinəcək

Bu gün Çempionlar Liqasında final oyunu keçiriləcək
###reklam250###

Madriddə keçiriləcək bu matçla avrokuboklarda 2018/19 mövsümünə yekun vurulacaq.

İspaniya paytaxtı İngiltərə klublarının duelinə ev sahibliyi edəcək. “Liverpul”la “Tottenhem” qitənin ən nüfuzlu klub turnirinin qalibi adı uğrunda mübarizə aparacaq.

Ötən il finalda “Real”a uduzan Yurgen Kloppun yetirmələri Premyer Liqadakı uğursuzluğu Çempionlar Liqasında unutdurmaq niyyətindədirlər. Daxili arenada böyük üstünlüyü əldən verən və sonda gümüş medalla kifayətlənən mersisaydlılar Avropada ikinci olmaqla barışa bilməzlər. Bu səbəbdən də “Liverpul” tarixində 6-cı dəfə turnirin qalibi adına yiyələnməlidir.

İlk dəfə Çempionlar Liqasının finalında oynayacaq “Tottenhem” isə artıq böyük nailiyyət əldə edib. Lakin Maurisio Poçettinonun yetirmələri uğurlu mövsümə titulla rəng qatmağa kökləniblər. Avrokuboklardakı son uğuru 35 il əvvəl UEFA kubokuna təsadüf edən London klubu muzeyinə daha nüfuzlu mükafatı aparmaq əzmindədir. Hər iki komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni Premyer Liqadan qazandığından Madriddəki görüş sırf titul uğrunda mübarizə ilə diqqət çəkəcək.

##relatedPost2##

Çempionlar LiqasıFinal1 iyun23:00. “Tottenhem” (İngiltərə) - “Liverpul” (İngiltərə)Baş hakim: Damir Skomina Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)Dördüncü hakim: Antonio Mateu Lahoz (İspaniya)VAR hakimi: Danni MakkeliVAR hakim köməkçiləri: Pol van Boekel (hər ikisi Hollandiya), Feliks Zvayer Ofsayd VAR hakimi: Mark Borş (hər ikisi Almaniya)Madrid (İspaniya). “Metropolitano” stadionu (ONA)

pia.az