Poroşenko Avropa həmrəyliyi partiyasının sədri seçilib

Bu gün səsvermənin nəticəsi bəlli olub
###reklam250###

Ukraynanın beşinci prezidenti Petro Poroşenko yeni yaratdığı Avropa həmrəyliyi partiyasının sədri seçilib.

Partiyanın bu gün keçirilən təsis qurultayında səsvermə nəticəsində quruma sədrlik Poroşenkoya həvalə edilib.

AzərTAc xatırladır ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa həmrəyliyi partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib.

pia.az