"Bir gün Fələstin və Azərbaycanın işğal olunmuş torpaqları özlərinə qaytarılacaq"

Səfir Cavad Cahangirzadə bu fikirləri səsləndirib
###reklam250###

“Əminəm ki, bir gün Fələstin və Azərbaycanın işğal olunmuş torpaqları özlərinə qaytarılacaq.

Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Qüds günü ilə bağlı təşkil olunmuş iftar süfrəsində deyib.

O bildirib ki, heç bir müsəlman ölkəsi işğal altında qalmamalıdır: "Müsəlmanlar buna imkan verməyəcək. Bir gün gələcək ki, bir qarış müsəlman torpağı işğal altında olmayacaq".(ONA)

pia.az