6 əczaçılıq şirkəti 8,5 milyon manatlıq tenderlərin qalibi elan edilib

Müqavilələrin imzalanması barədə “Talassemiya Mərkəzi” publik hüquqi şəxsi mayın 29-da məumat verib
###reklam250###

Talassemiya Mərkəzi talassemiyanın müalicəsi və profilaktikası üzrə altı şirkətlə səkkiz müqavilə imzalayıb. Dövlət satınalmaları reyestrinə əsasən, bu məqsədlər üçün dövlət büdcəsindən 8,545,408 manat və ya 5 milyon ABŞ dolları xərclənəcək.

Dərman, sarğı materialları, reagent, diaqnostik vasitələr, tibbi təchizat və s alınması üzrə tender mart ayında baş tutub. Müqavilələrin imzalanması barədə “Talassemiya Mərkəzi” publik hüquqi şəxsi mayın 29-da məumat verib.

Eyni zamanda, “Avromed Company” QSC ümumi dəyəri 7,665,211 manat olan üç müqavilə bağlayıb. “Spektr Med”, “Labservis Ltd”, “Albatros Helt Keyr”, “Facet” və “Şəfahət” şirkətləri də Talassemiya Mərkəzinin təchizatçısı olub. ("Turan”)

pia.az