UEFA prezidenti: Erməni mətbuatının yazdığı məni maraqlandırmır

Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub
###reklam250###

İclasdan sonra qitə futbol qurumunun sloveniyalı rəhbəri Aleksander Çeferin jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?

- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.

- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.

- Mən ancaq konfransdan sonra bundan xəbər tutmuşam. Konfrans bitdikdən sonra ətraflı məlumat veriləcək.

- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?

- Məsafə ilə götürsəniz, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr.

- Ermənistan mətbuatı yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni depuatatlara keçdi. Siz bu barədə dəqiq nə deyə bilərsiniz?

- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.(Oxu.Az )

pia.az