Sarkisyan Paşinyanın müdafiəsinə qalxdı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Ermənistan və işğal olunmuş Qarabağ hakimiyyətləri arasında münasibətlərin mümkün kəskinləşməsinin qarşısını almağa cəhd edir
###reklam250###

Virtualaz.org xəbər verir ki. bu barədə “Jamanak” (Zaman) erməni nəşri yazıb.

Mənbə qeyd edir ki, son həftələr boyunca Sarkisyan Dağlıq Qarabağda olub və Qarabağ separatçılarının keçmiş və hazırkı liderlərini düşünülməmiş addımlardan çəkindirməyə çalışıb.

Qəzet iddia edir ki, hazırda Sarkisyan Ermənistan və Qarabağ rəhbərliyi arasında bufer rolunu oynayır.

Xatırladaq ki, Ermənistan və Qarabağ rəhbərliyi arasında münasibətlərin kəskinləşməsi barədə xəbərlər Qarabağ separatçılarının keçmiş və hazırkı liderləri Arkadi Qukasyanla Bako Saakyanın məhkəmədə Robert Koçaryanın azad edilməsi üçün zamin durmalarından sonra yayılıb.

Sonradan Saakyan bildirib ki. bu addım məhkəmə prosesində əlavə gərginliyin yaradılması məqsədi güdməyib.

pia.az