Rəsmi Tehran: “Xamenei nüvə silahı yaratmağı qadağan edib”

Ölkəmiz nüvə silahı əldə etmək niyyətində deyil, çünki Ali dini lider Ayətullah Xamenei nüvə silahını qadağan edib
###reklam250###

Bunu İran Xarici İşlər naziri Cavad Zərif deyib.

"Xamenei nüvə silahını qadağan edən əmri verərək, bu silaha maraq göstərmədiyimizi çoxdan söylədi. ABŞ-ın iqtisadi terroru İran xalqına zərər verir və bölgədə gərginlik yaradır. ABŞ Prezidenti Donald Trampın niyyətini sözlərinə görə deyil, hərəkətlərinə görə dəyərləndirmək lazımdır", - deyə Zərif qeyd edib.(virtualaz.org)

pia.az