Sumqayıtda 29 yaşlı şəxs evində ölü tapıldı  

Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb
###reklam250###

PİA.az-ın FHN-ə istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

pia.az