Zelenski Donbasa səfər edib – Foto

Zelenski Ukrayna hərbçilərinin mövqelərini nəzərdən keçirib
###reklam250###

Ukrayna prezidenti Vladimir Zelenski ilk işgüzar səfərini Luqansk vilayətinə edib və burada Ukrayna hərbçilərinin mövqelərini nəzərdən keçirib.

Virtualaz.org yerli mənbələrə istinadla xəbər verir ki, Prezident Administrasiyasından verilən məlumata görə, Zelenski döyüşçülərlə onların məişət şəraiti, texnika, mənzillə və sosial zərflə təchizatları, bölmələrin komplektləşdirilməsi ilə maraqlanıb.

Qeyd olunub ki, dövlət başçısı hərbçilərin məişət şəaitlərinin yaxşılaşdırılmasının zəruriliyini vurğulayıb.

“Ukraynanı müdafiə edən hərbçilərin şəraiti normal olmalıdır”, – Zelenski bildirib.

pia.az