BMT qətnamə qəbul edib

Müəlliflər arasında Azərbaycan da var
###reklam250###

Birləşmiş Millətlər Təşkilatı (BMT) müəlliflərinin arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib.

BMT Cinayətkarlığın Qarşısının Alınması və Cinayətlərin Ədalət Məhkəməsi Komissiyasının (CCPCJ – Comission of Crime Prevention and Criminal Justice) 28-ci sesiyasında Belarusun təşəbbüsü ilə qəbul olunan qətnamə sözügedən sahədəki milli səylərə həm bütövlükdə toplumun, həm də BMT Narkotiklər və Cinayətkarlıq Ofisi (UNODC – United Nations Office on Drugs and Crime) başda olmaqla aidiyyəti beynəlxalq təşkilatların daha geniş cəlb olunmasını nəzərdə tutur.

Sənədin müəllifləri cəmi 23 ölkədir: ABŞ, Avstriya, Azərbaycan, Böyük Britaniya, El Salvador, Əfqanıstan, Filipinlər, Finlandiya, Fransa, İsveç, İtaliya, Kanada, Qazaxıstan, Qırğız Respublikası, Nigeriya, Norveç, Panama, Rusiya Federasiyası, Tacikistan, Tailand, Türkiyə, Uruqvay, Yaponiya.(report)

pia.az