Bakıda iki avtomobil toqquşub, yaralılar var - Foto

Bakının Sabunçu rayonunda yol qəzası olub
###reklam250###

Avtoqəza Ramana qəsəbəsi ərazisində, Şuşa şəhərciyi yaşayış massivində qeydə alınıb.

"Volkswagen" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti daha ağırdır. Yaralıların xəstəxanaya çatdırılması üçün əraziyə təcili tibbi yardım maşınları cəlb olunub. Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib və müayinələr aparılıb. Qəzanın səbəbləri araşdırılır.(ONA)

pia.az