İran parlamentinin yeni sədri seçildi

Əli Laricani İran parlamentinin sədri seçilib
###reklam250###

Bu barədə Trend İranın Xəbər televiziyasına (IRINN) istinadən məlumat verib.

İran parlament sədrinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə Əli Laricani 155 səs toplayıb. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb.

Ümumilikdə səsvermədə 274 deputat iştirak edib.

İran parlamentində hər il parlament sədrinin müəyyənləşməsi üçün seçkilər keçirilir.

Əli Laricani 2008-ci ildən İran parlamentinin sədridir.

pia.az