“Türkmənistan Bakı vasitəsilə Avropaya çıxmalıdır” - Amerikalı rəsmi şəxs  

ABŞ Dövlət Departamenti keçən il imzalanan Xəzər dənizinin statusu haqqında konvensiyanı müsbət dəyərləndirir
###reklam250###

Bunu “RİA Novosti”yə açıqlamasında ABŞ Dövlət katibinin energetika üzrə köməkçisinin müavini Sandra Oudkirk deyib. O həmçinin Türkmənistanın bu konvensiyadan yararlanaraq Cənub Qaz Dəhlizinə qoşulmalı olduğunu deyib:

“Biz Xəzərin statusu haqqında razılaşmanı pozitiv addım sayırıq. Hesab edirik ki, Türkmənistanla ixrac dəhlizinin mənası var. Türkmənistan indi Çinə qaz ixrac edir. Onlar potensialı var və əgər onlar bunu Avropa ilə Azərbaycan və digər ölkələr vasitəsiylə əlaqələndirsələr daha yaxşı olacaq. Bu, bazara əlavə rəqabət gətirəcək”.(Axar.az)

pia.az