İran it və pişiklər üçün yem idxalını qadağan edib

Bu barədə İranın Ticarət, Sənət və Mədənlər Nazirliyinin idxalat və ixracat qaydalarının tətbiqi üzrə idarə rəhbəri Mehdi Niyazi deyib
###reklam250###

M.Niyazi bildirib ki, it və pişik yemləri cari ilin aprel ayının sonlarından idxalı qadağa olunan bir sıra məhsulların sırasına daxildir.

M.Niyazinin sözlərinə görə, 2017-ci ildə İrana 10 milyon dollar dəyərində it və pişik yemi idxal olunub, bu rəqəm 2018-ci ildə 7 milyon dollar dəyərinə düşüb. Bu il bu rəqəm daha da azalacaq. O qeyd edib ki, it və pişik yeminin idxalı əsasən polis, yanğın söndürənlər və Qızıl Aypara Cəmiyyətinin itləri üçün idxal olunub. (ONA)

pia.az