“Mən də Bakıda olacam” – Fiqodan çağırış -Video

Luiş Fiqo Avropa Liqasının final oyununu izləməyə gələcək
###reklam250###

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı çağırış edib.

46 yaşlı veteran yarımmüdafiəçi həlledici görüşü izləmək üçün Azərbaycana gələcəyini söyləyib:

“Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”.

Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında keçiriləcək keçiriləcək.(Qol.az)

pia.az