Azad Rəhimov: “Bakı Avropa Liqasının final oyununa hazırdır”
Bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.
O, Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçı barədə danışıb. A. Rəhimov bildirib ki, “Çelsi” ilə “Arsenal”ın üz-üzə gələcəyi görüşdə azarkeşlər gərgin oyun izləyəcəklər: “Azərbaycanlı futbolsevərlər bu qarşılaşmanı maraqla gözləyirlər. Bakı Avropa Liqasının final oyununa hazırdır. 30 mindən çox xarici azarkeş ölkəmizə gələcək. Bu bizim üçün böyük bir sınaqdır. UEFA nümayəndələri də stadionu yoxlayıb. Bakı Olimpiya Stadionu 5 ballıq şkala ilə 4,5 xal alıb. Arena inşa olunarkən hər kvadratmetri nəzərə alınıb. Bütün sistemləri problemsiz çalışır. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey nəzərə alınıb”.
pia.az