"27 yaşımda oxumağa başlamışam" - Əməkdar artist

Əməkdar artist Təyyar Bayramov "5/5"in qonağı olub
###reklam250###

Aparıcı Zaur Kamal verilişinə təşrif buyuran gənc ifaçıya "Neçə yaşın var?" sualı ilə müraciət edib.

"25" cavabını eşidən Zaur gənc ifaçıya "Gecikmisən. Gərək 16-17 yaşında başlayardın" cavabını verib. Verilişin qonağı olan 43 yaşlı Təyyar Bayramov Zaurun sözlərinə "Mən özüm 27 yaşımda başlamışam oxumağa" ifadəsi ilə reaksiya verib.

Qeyd edək ki, əməkdar artist 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində birinci yer tutub. Məşhurluğu da o zamandan başlayıb.(milli.az)

pia.az