Bakıda minik avtomobili qəzaya uğrayıb-Foto-Video

Sürücü xəsarət alıb
###reklam250###

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Atatürk prospektində baş verib.

Yüksək sürətlə hərəkət edən "Lada" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı səkiyə, daha sonra beton piltəyə çırpılıb. Sürücü bədən xəsarəti alıb. Avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.Avtomobil cərimə meydançasına yerləşdirilib.(ONA)

pia.az