İzmirdə 8 PKK terrorçusu saxlanıldı

Türkiyənin İzmir şəhərində PKK terror qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib
###reklam250###

Əməliyyat nəticəsində PKK üzvü olduqları ehtimal edilən 8 nəfər saxlanılıb.

Saxlanılanların şəhərdə terror qruplaşmasının təlimatları və istiqamətləndirməsi ilə hərəkət etdiyi bildirilir.

Onlardan terrorçuluq fəaliyyətində istifadə olunan ləvazimatlar götürülüb.

Araşdırmalar davam edir.

pia.az