Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib

Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 2 nəfər azyaşlı tüstüdən zəhərlənib
###reklam250###

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az