Tereza Mey: "İkinci referendum keçirilə bilər"

Böyük Britaniyanın Baş naziri Tereza Mey deputatlara Brexit müqaviləsinə razılıq verəcəkləri halda ikinci referendum keçirilə biləcəyini açıqlayıb
###reklam250###

Baş nazir düzəlişlər edilmiş yeni Brexit müqaviləsini iyun ayında parlamentdə səsverməyə qoyacaq. Əgər müqavilə qəbul edilsə o, yeni referendumun keçirilməsi üçün də səsvermə olacağını bildirib.

Çıxışı zamanı Tereza Mey Brexit müddətinin İngiltərə siyasətinə zərər verdiyini və başqa sahələrdə irəliyə getməsinə mane olduğunu söyləyib.

Qeyd edək ki, İngiltərə parlamentində ikinci referenduma qarşı çıxan nazir və deputatlar var(azərtac).

pia.az