Gəncədə əlil qadın itkin düşüb

Qadın ruhi xəstəlikdən əziyyət çəkirmiş
###reklam250###

Gəncə şəhəri, Atatürk prospektində yaşayan Abdullayeva Natella Hümbət qızı mayın 21-də Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ruhi xəstə olan qızı, 1985-ci il təvəllüdlü, II qrup əlil Abdullayeva Çinarə Arzu qızının mayın 21-i saat 12 radələrində evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.(ONA)

pia.az