Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
###reklam250###

Sərəncama əsasən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Z.Sereteli Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraşdır.

pia.az