İdmançımız dünya çempionu oldu

İngiltərənin Mançester şəhərində taekvondo üzrə dünya çempionatı keçirilib
###reklam250###

“Yeni Sabah” xəbər verir ki, yarışın son günündə Azərbaycan millisi qızıl medal qazanıb. Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Harçeqani final görüşünə çıxıb. Yarımfinalda Cənubi Koreya idmançısını məğlub edən təmsilçimiz final mərhələsində yunanıstanlı Apostolos Telikostoqlunu 22:12 hesabı ilə məğlub edərək karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb.

pia.az