Xəzinə hesabında 872 milyon manat sərbəst qalıq yaranıb

Azərbaycanda vahid xəzinə hesabının sərbəst qalığı açıqlanıb
###reklam250###

ONA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 milyon 350,4 min manat olub.

pia.az