"Moskva ilə oynama"

Saakaşvilidən Zelenskiyə məsləhət
###reklam250###

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə Moskva ilə münasibətləri necə qurmaq lazım olması barədə məsləhət verib.

Bu barədə Saakaşvili “Naş” telekanalında çıxışı zamanı danışıb.

Saakaşvilinin sözlərinə görə, Moskva danışıqlara qadir deyil. Bu səbəbdən Zelenski Moskva ilə oynamamalıdır.

Ukraynanı “kölgə dövlət” adlandıran Saakaşvili Zelenskini mövcud daxili-siyasi problemlər barədə xəbərdarlıq edib. (Axar.az)

pia.az