İranda qum fırtınası başlayıb

İnsanlara küçəyə çıxmamaq məsləhət görülür
###reklam250###

İranın Yəzd vilayətində baş verən qum fırtınası səbəbindən orta məktəblərin şagirdləri təxliyə edilib.

Bu gün səhər saatlarında Yəzd vilayətində qum fırtınası başlayıb. Güclü külək Məncab səhrasının qumunu sovuraraq vilayətin şəhər və qəsəbələrinə gətirib.

İranın Hava Proqnozu Mərkəzi insanlara küçəyə çıxmamağı məsləhət görüb. Fırtına hələ də davam edir(azərtac).

pia.az