Jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb
###reklam250###

"Report"un Rusiya bürosu xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxmağa başlayıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

pia.az